Screenshots
About Tikin.az Dashinma

Tikin.az Daşınma mobil tətbiqi sizin biznes üçün yeni imkanlar yaradan hər növ xüsusi daşınma və inşaat texnikalarının icarəsi və satışı üçün vahid elektron platformadır.

Tətbiqdə satıcı və ya icarəçi ilə yanaşı müştəri də öz elanını yerləşdirə bilir və beləliklə daşınma üçün maşını və təxnikası olan şəxslər bu elanları fərqli pəncərədə görür, sifarişi qəbul etmək üçün müraciət göndərir və yükün logistikasını həyata keçirir. Artıq yükünüzü köçürmək üçün yüzlərlə nömrələrə zəng etməyə ehtiyyac qalmayacaq. Siz yükünüzü, məsafəni, tarixi və təklif etdiyiniz qiyməti paylaşacaqsız, və sizin elanı görən minlərlə digər istifadəçilərdən yükünüzü götürməyə müsait olanlar özləri sizlə əlaqə saxlayacaq.

Rahat interfeys sizə istənilən növ xüsusi texnikaların elanlarını bir neçə sadə addımla yerləşdirməyə imkan verəcək.

Tikin.az Daşınmada siz beton qarışdıranlar, yanacaq daşıyıclar, ekskavatorlar, avtokranlar, avtosəbətlər, buldozerlər, asfalt döşəyənlər və s. inşaat texnikasının alqısını, satqısını və icarəsini həyata keçirə bilərsiniz. Bu tətbiqdəki məlumatlar həmçinin Tikin.az saytında Logistika bölməsindəki məlumatlarla sinxron olacaq və sizin tətbiqdə yerləşdirdiyiniz elan eyni zamanda böyük istifadəçi kütləsi olan saytda əks olunacaq.

Tətbiqlə bağlı şikayətlərinizi shikayet@tikin.az e-mail ünvanına yönləndirə bilərsiniz.

Additional Information
Version
1.0.0 (36.5 MB)
Updated
Dec 15, 2022
Age
4+ Years
First Released
Dec 21, 2021
Category
App Store ID
Available on
Write a review