Screenshots
About Şah İsmayıl Səfəvi
Şah İsmayıl Xətainin adı bəşər tarixinin yetişdirdiyi ən qüdrətli şəxsiyyətlərlə bir cərgədə dayanır. O, Azərbaycan xalqının ictimai-siyasi tarixində, ədəbi-mədəni həyatında misilsiz müsbət rol oynamış nurlu bir zəka, qılınc və qələm sahibidir. Bu əzəmətli insan qüdrətli hökmdar, böyük sərkərdə, görkəmli şair, elm və sənət hamisi, əqidəcə bütöv mənəvi-ruhani şəxsiyyət kimi tanınmışdır. Anadilli ədəbiyyatımızın yüksəlişində də onun xidmətləri əvəzsizdir.

Xətayi 1487-ci ildə qədim Ərdəbil şəhərində dünyaya göz açmışdır. O, istər ata, istərsə də ana tərəfdən şöhrətli nəsillərin varisidir (bunu da xatırladaq ki, şair ana nəslinin bəzi hökmdar nümayəndələri tərəfindən anası və qardaşları ilə birlikdə ciddi işgəncəyə və təqibə məruz qalmışdır). Yüksək etiqad və iman sahibi kimi şöhrət tapmış Şeyx Səfiəddin Ərdəbili (1252–1334) Xətayinin beşinci babasıdır. Adı müqəddəs ruhani şəxsiyyətlər cərgəsində çəkilən Səfiəddin Ərdəbildə yaşamış, burada dini hakim olmuşdur. Xətayinin mənsub olduğu Səfəvilər sülaləsi də onun adı ilə tanınır. Şeyx Səfiəddinin varisləri, yəni Səfəvilər sülaləsinin ardıcılları Xətayiyə qədər Ərdəbilin əvvəlcə dini-ruhani, sonra isə həm də dünyəvi hakimi olmuşlar. Səfiəddinin nəvəsi Xacə Əli səfəviyyə təriqətinə şiə donu geyindirmiş, başqa sözlə, onu şiəliklə bağlamışdır. Etiqadın belə bir istiqamət alması sonralar daha da tündləşmiş və Xətainin hakimiyyətə gəlməsi yolunda ideoloji-məfkurəvi stimul rolunu oynamışdır.

Şah İsmayılın babası Şeyx Cüneyddən başlayaraq səfəvilər hərəkatı öz dini-sufi məzmununa yeni ictimai-siyasi çalar da əlavə etmişdir. Bu, o deməkdir ki, Şeyx Cüneyddən başlayaraq Səfəvilərin ha­kimiyyət uğrunda mübarizələrinin işartıları görünməyə başlayır. Qaraqoyunlu hökmdarı M.C.Hə­qiqidən (1436–1467) narazı qalan və onun təqibinə tuş gələn Şeyx Cüneyd Ağqoyunlu Uzun Həsənə sığınır. Diyarbəkir hakimi olan Uzun Həsən Qaraqoyunlulara qarşı mübarizədə Ərdəbil şeyxlərinin nüfuzundan istifadə məqsədilə onu rəğbətlə qarşılayır və hətta bacısı Xədicəbəyimi ona ərə verir. Şeyx Cüneyd Dağıstana yürüş zamanı çərkəzlərlə döyüşdə öldürülür.

Sonradan M.C.Həqiqini məğlub edən Uzun Həsən Qara­qoyunlular dövlətinin varlığına son qoyur və yeni qüdrətli bir dövlət – Ağqoyunlu dövləti yaradır və onun hökmdarı olur (1468-1478). Uzun Həsən öz qızı Aləmşahbəyimi Şeyx Cüneydin oğlu Şeyx Heydərə verir. İsmayıl bu izdivacdan doğulur. Deməli, o, ana tərəfdən də Ağqoyunlular sülaləsinə bağlıdır.
User Reviews
0 out of 5
0 Total Reviews
Additional Information
Version
1.0
Updated
May 10, 2020
Developer
Google Play ID
Available on
Write a review